Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Keçmiş Gürcüstan prezidenti Saakashvili Ukraynada teleaparıcı olacaq


Mikheil Saakashvili

Keçmiş Gürcüstan prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili həftəlik “Duruqaya Ukrayna” tok-şou televiziya proqramının aparıcısı olacaq.

Proqram Ukraynanın “Zik” televiziya kanalı ilə yayımlanacaq.

Bu barədə AzadlıqRadiosunun Ekhokavkaza.com saytı martın 28-də Saakashvilinin Feysbuk səhifəsinə istinadla məlumat yayıb.

“Zik kanalında “Druqaya Ukrayna” proqramının ilk buraxılışını yazmışıq və o çox kəskin çıxıb. Mən hər həftə bu verlişdə artıq heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəm”, deyə “Vestnik Kafkaza” xəbər verir.

Saakashvili həmçinin studiyadan foto da yerləşdirib.

O, bu fotoda əlintə mətn, it damının yanında dayanıb.

Yəqin ki, belə bir dekorasiya Ukrayna Prezidenti Petro Poroshenkonun bu yaxınlarda Xarkov traktor zavoduna baş çəkərkən dedikləri ilə bağlıdır.

Poroshenko həmin vaxt deyib ki, “heç it damı belə tikməyən insanlar” ölkədə vəziyyəti pozmağa çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG