Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:45

'Quş qripi' monitorinqləri başlayıb


Foto illüstrasiya.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) «quş qripi» monitorinqlərini davam etdirir.

Xəbəri DBNX yayıb.

Xəbərə görə, bu gün, martın 27-dən köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq, növbəti monitorinqə start verilib: «Monitorinqin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran, Salyan rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında həyata keçirilməsi nəzərdə tutulur».

Xəbərdə qeyd edilir ki, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda «quş qripi» və digər kəskin yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG