Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 02:07

N.Cəfərli: 'Beynəlxalq qurumlardan cavab gözləyirik'


İlqar Məmmədova "Məktub Günü" - "REAL" liderinin həbsindən 4 il keçir
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

İlqar Məmmədova "Məktub Günü" - "REAL" liderinin həbsindən 4 il keçir

«Biz REAL-ın həbsdə olan rəhbəri İlqar Məmmədovun sağlıq problemi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə martın 22-də müraciət etmişik. Amma hələ ki, bir xəbər yoxdur. Bilirsiniz ki, İlqar Məmmədov təcili olaraq xarici həkimlərin onu ziyarət etməsini istəyir. Onun səhhəti pisləşib».

Bunu AzadlıqRadiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib.

N.Cəfərli hesab edir ki, burada bayram günlərinin olması faktoru da var. İndi Novruz bayramı ilə bağlı rəsmi idarələr işləmədiyindən, bir sıra məsələləri həll etmək olmur: «Yəqin ki, cümə günü, martın 24-ü komitə nümayəndəsi və vəkillərindən kimsə cəzaçəkmə müəssisəsinə gedəcək. Bu da olmasa, şənbə günü ailəsi ilə görüş günüdür. Görüşdən sonra təfərrüatlı bilgiyə sahib olacağıq».

Hazırda həbsdə olan İlqar Məmmədov dünən, martın 22-si Natiq Cəfərliyə zəng edərək səhhətinin pisləşdiyini bildirib. O, xarici həkimlərin müayinəsindən keçmək istəyini dilə gətirib.

Məsələ ilə bağlı, hələlik, Penitensiar Xidmətdən də münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG