Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:44

Vəkil: 'Mən Rüfət Səfərovun həyatından narahatam'


Rüfət Səfərov

“Həbsdəki keçmiş müstəntiq Rüfət Səfərovun səhhəti narahatlıq doğurur”.

Bu gün, martın 13-də keçmiş müstəntiqlə görüşən vəkili Bəhruz Bayramlı AzadlıqRadiosu-na açıqlamasında belə deyib.

Vəkilin bildirdiyinə görə, R. Səfərova cəzaçəkmə müəssisəsində təxribat törədilib, günahı olmadığı halda cərimə kamerasına salınıb.

“Bu təxribat bir hadisə olmaqla bitmir. Bu davam edə bilər. Odur ki, mən R.Səfərovun həyatından ötrü narahatam, onun “kars”a (cərimə kamerası) salınması ilə bağlı qərarları götürmək istəsəm də, rəis olmadığından onu mənə vermədilər. Məcburam ki, qərarları poçtla alım”, deyən vəkil bununla bağlı məhkəməyə də müraciət edəcəklərini bildirib.

Buna da bax:​ Rüfət Səfərovun anasından aclıq aksiyası

Hadisənin təfərrüatlarını danışan vəkil müdafiə etdiyi şəxsə istinadla deyib ki, gəzinti zamanı yaşı 60-dan yuxarı olan məhbus ona irad bildirib.

“Bundan sonra R.Səfərova “xalq düşməni”, “vətən xaini”, “yaşamağa haqqı olmayan” kimi ifadələr işlədib. R.Səfərov bununla bağlı həbsxana rəhbərliyinə bildirib. Həbsxana rəhbərliyi də hər iki şəxsi “mübahisə tərəfi” hesab edib. Həmin şəxsə 5, R.Səfərova isə 3 sutka “kars” cəzası verib”.

Rüfət Səfərov martın 6-da 3 günlük cərimə kamerasına salınmışdı.

Penitensiar Xidmətdən bu Rüfət Səfərovun məhbus yoldaşı ilə mübahisə etməsi ilə izah edilmişdi.

Buna da bax:​ Keçmiş müstəntiqin 'kars'a salındığı bildirilir

Vəkilin baş verənləri keçmiş müstəntiqə təxribat kimi dəyərləndirməsinə və onun səhhətindən narahat olmasına isə, Penitensiar Xidmətdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

R.Səfərov 2015-ci il dekabrın 20-də bəyanat yayaraq Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, bəyanatında hakimiyyəti hüquq mühafizə orqanlarının işinə görə, tənqid edib. Bundan sonra R.Səfərov saxlanaraq təkrar rüşvət ittihamı ilə Binəqədi rayon Məhkəməsinə çıxarılıb və barəsində 3 aylıq həbs qət-imkan tədbiri seçib. 2016-cı il yanvarın 22-də həbs qət-imkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Buna da bax: Keçmiş müstəntiq kassasiya şikayəti verib

Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi istintaq apararaq R.Səfərovu təkrar rüşvət almaqda təqsirli bilib.

Lənkəran Ağır Cinayət İşləri üzrə Məhkəməsi 2016-cı ilin sentyabrında R.Səfərovu 9 il azadlıqdan məhrum edib. O, elə məhkəmə zalındaca həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG