Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:56

Keçmiş müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərovanın bu gün, martın 10-da aclıq aksiyasına başlamaq haqqında qərar verdiyi bildirilir.

Bu barədə Səfərovlar ailəsinin yaydığı məlumatda qeyd edilir.

Aclıq aksiyasının həbsdə R.Səfərovla rəftarla əlaqəli olduğu ifadə edilir.

“Ailəsi martın 10-da 9 saylı cəzaçəkmə müəssisəsində Rüfət Səfərov ilə görüşüb. Rüfət Səfərovun durumu çox ağır idi. Bu da görünür cərimə kamerasına salınan zaman ona göstərilən işgəncə faktları ilə bağlıdır. Tahirə xanım oğlu Rüfət Səfərova nümayiş etdirilən aşkar təqib və təzyiqlərə etiraz edərək artıq aclıq aksiyasına başlamağa qərar verib”, məlumatda qeyd edilir.

Buna da bax:​ Keçmiş müstəntiqin 'kars'a salındığı bildirilir

Keçmiş müstəntiqin anasının həbsdəki övladına yardım göstərilməsindən ötrü ictimaiyyətə, hüquq müdafiəçilərinə və beynəlxalq təşkilatlara müraciət edəcəyi gözlənilir.

Penitensiar Xidmətdən R.Səfərovla bağlı bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Rüfət Səfərov martın 6-da 3 günlük cərimə kamerasına salınmışdı. Buna səbəb kimi onun kamera yoldaşı ilə mübahisə etdiyi göstərilirdi.

Buna da bax: 'Onu qapalı həbsxanaya göndərmək istəyirlər'

Xatırlatma

R. Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E. Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə R.Səfərov hüquq-mühafizə orqanlarının işinə görə, hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Bundan sonra, 2016-cı ilin yanvarında R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Buna da bax:​ Vəkil: ‘Rüfət Səfərovun durumu yaxşıdır’

Ötən il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun şikayətini təmin etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG