Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 06:57

Vəkil: ‘Rüfət Səfərovun durumu yaxşıdır’


Rüfət Səfərov

Vəkil Bəhruz Bayramov yanvarın 31-i hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovla görüşüb.

9 saylı cəzaçəkmə müəssisəsinə gedən vəkil keçmiş müstəntiqin durumunun normal olduğunu bildirib.

“Saxlanma şəraiti və səhhəti normaldır. Əhval-ruhiyyəsi gözlədiyimdən də yaxşı idi”, vəkil bildirib.

Buna da bax:​ Rüfət Səfərov sabah 'kars'dan çıxır

Yaxınları bir müddət idi, Rüfət Səfərovun durumu ilə bağlı narahatlıq ifadə olunan açıqlamalar verirdilər. Vəkil hazırda keçmiş müstəntiqlə bağlı durumun normal olduğunu qeyd edib.

Xatırlatma

R.Səfərov 2015-ci il dekabrın 20-nə kimi Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub. Dekabrın 20-də hüquq-mühafizə orqanlarında qanunsuzluqların baş verdiyini bildirərək bəyanatla bu sistemdən çıxıb.

Buna da bax: Müdafiə Komitəsi Rüfət Səfərovdan narahatdır

Bundan sonra, rüşvət almaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 2016-cı il yanvarın 22-də həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir. Bunu tənqidi fikirlərinə görə, ondan qisas almaq kimi dəyərləndirir.

Buna da bax: Eldar Sabiroğludan prezidentə: 'Edəcəyinizi etmisiniz'

R. Səfərovun atası Eldar Sabiroğlu özü vaxtilə hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunub, deputat seçilib, uzun müddət Müdafiə Nazirliyi mətbuat xidmətinə rəhbərlik edib.

Multimedia

XS
SM
MD
LG