Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 08:48

Keçmiş müstəntiqin 'kars'a salındığı bildirilir


Rüfət Səfərov

Həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun bu gün, martın 6-sı “karsa” (cərimə kamerasına) salındığı bildirilir.

Bu haqda Siyasi Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin üzvlərindən Zümrüd Yağmur məlumat yayıb.

“Rüfət Səfərovun anası Tahirə xanımla danışdım. Bu gün evə zəng vurmalı olduğu halda Rüfət Səfərov əlaqə saxlamayıb. Nigaran qalan ailəsi maraqlandıqda bəlli olub ki, O, bu gündən 3 gün müddətinə “karsa” salınıb”.

Buna da bax:​ Keçmiş müstəntiq kassasiya şikayəti verib

Z.Yagmurun sözlərinə görə, cəza çəkmə müəssisəsindən R.Səfərovun kamera yoldaşı ilə mübahisə etməsi səbəbindən «karsa» salındığını bildiriblər.

Ancaq məsələyə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

R.Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə R.Səfərov hüquq-mühafizə orqanlarının işinə görə, hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Buna da bax: Müdafiə Komitəsi Rüfət Səfərovdan narahatdır

Bundan sonra, 2016-cı ilin yanvarında R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Ötən il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun şikayətini təmin etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG