Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 04:33

Keçmiş müstəntiq kassasiya şikayəti verib


Sabiq müstəntiq Rüfət Səfərov həbs edildi - 9 il [Video]
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Sabiq müstəntiq Rüfət Səfərov həbs edildi - 9 il [Video]

Fevralın 23-ü 13 saylı cəza çəkmə müəssisəsində saxlanan keçmiş müstəntiq Rüfət Səfərov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Bunu AzadlıqRadiosuna vəkil Bəhruz Bayramov bildirib.

Vəkil deyib ki, şikayət Şirvan Apellyasiya Məhkəməsinin qərarından verilib.

Bəhruz Bayramov bildirib ki kassasiya şikayətində həbs qərarının qüvvədə saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin qərarı əsassız sayılır və R.Səfərova bəraət istənilir.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə R.Səfərov hüquq-mühafizə orqanlarının işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Bundan sonra, 2016-cı ilin yanvarında R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun şikayətini təmin etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG