Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:34

'Onu qapalı həbsxanaya göndərmək istəyirlər'


Vəkil Bəhruz Bayramov və Rüfət Səfərov, 07.09.2016

Həbsdə olan Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun vəkili, ailə üzvləri və hüquq müdafiəçiləri martın 7-də onunla görüşə buraxılmayıb.

Bu barədə vəkil Bəhruz Bayramov bildirib.

Vəkil Rüfət Səfərovun martın 6-sı 3 gün müddətinə cərimə kamerasına (kars) salındığını deyib. Onun deməsinə görə, keçmiş müstəntiqə yeni “təxribat” hazırlanır. “Onu qapalı həbsxanaya göndərmək istəyirlər”, deyə o qeyd edib.

Buna da bax:​ Keçmiş müstəntiqin 'kars'a salındığı bildirilir

B. Bayramovun sözlərinə görə, Səfərovun saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Baba Gülməmmədovun qəbul günü olmasına baxmayaraq, rəis, onları qəbul etməyib.

“Biz nəhayət Penitensiar Xidmətə gəldik. Orada 9 saylı Cəzaçəkmə Müəssisəsinin kuratoru dedi ki, bu məsələni araşdırıb cavab verəcək”, deyə o qeyd edib.

Rüfət Səfərovun kamera yoldaşı ilə mübahisə etdiyinə görə, “karsa” salındığı bildirilir.

Buna da bax: Keçmiş müstəntiq kassasiya şikayəti verib

Xatırlatma

R. Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E. Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə R.Səfərov hüquq-mühafizə orqanlarının işinə görə, hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Bundan sonra, 2016-cı ilin yanvarında R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb.

Buna da bax:​ Vəkil: ‘Rüfət Səfərovun durumu yaxşıdır’

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Ötən il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun şikayətini təmin etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG