Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 11:03

Francois Fillon:"Türkiyə Avropa Burliyinə qəbul olunmamalıdır"


Francois Fillon, Fransa prezidentliyinə namizəd

Fransa prezidentliyinə namizəd Francois Fillon martın 13-də hakimiyyəti Türkiyəyə qarşı möhkəm durmağa çağırıb.

Reuters agentliyinin məlumatına görə, o bunu, Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglunun Fransanın Metz şəhərində türk icması ilə görüş keçirməsinə imkan verilməsindən bir gün sonra Fransa radiosuna müsahibəsində deyib.

Qeyd edək ki, Mevutoglunun bundan əvvəl Niderland və Almaniyada belə bir görüş keçirməsinə icazə verilməyib.

Söhbət prezidentin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı apreldə Türkiyədə keçiriləcək referendumla bağlı bu ölkələrdəki türk icmaları arasında təbliğat aparılmasından gedir.

Türkiyə prezidenti Racep Tayyip Erdogan buna görə Hollandiyanı “bədəl ödəməklə” hədələyib.

Francois Fillon radioya müsahibəsində deyib ki, Fransa bu məsələdə avropalı müttəfiqləri ilə bir yerdə, çiyin-çiyinə durmalıdır.

O qeyd edib ki, Turiyənin Avropa Birliyinə daxil olmasına imkan verilməməlidir.

Buna da bax. Erdogan Hollandiyanı hədələyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG