Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 15:37

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Hollandiyanı hədələyərək bu ölkənin “bədəl ödəyəcəyini” deyib.

Bundan əvvəl Türkiyənin iki nazirinə Hollandiyadakı türk icması qarşısında çıxış etmək icazəsi verilməmişdi.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşğlunun təyyarəsinə Hollandiyada eniş etmək icazəsi verilməmiş, digər nazir isə Rotterdamdakı Türkiyə konsulluğuna buraxılmadan Almaniya sərhədinə qaytarılaraq deportasiya edilmişdi.

Türkiyənin xarici işlər naziri Mevlut Cavuşoğlunun təyyarəsinə Hollandiyaya enmək icazəsi verilməyib

Türkiyənin xarici işlər naziri Mevlut Cavuşoğlunun təyyarəsinə Hollandiyaya enmək icazəsi verilməyib

Hollandiya hökuməti bildirib ki, ölkənin öz seçkisinin ərəfəsində burada “Türkiyə referendum mitinqlərinin” keçirilməsi gərginliyin artmasına səbəb ola bilər.

Bu mitinqlərə və burada Türkiyə siyasətçilərinin çıxışlarına görə Ankara ilə Avropa İttifaqı arasındakı münasibətlər korlanıb.

Türkiyə hökuməti Avropa ölkələrində keçirilən türk mitinqlərindən Türkiyədə aprelin 16-da keçiriləcək referendumun təbliğatı üçün istifadə edir. Hökumətin gözləntisinə görə bu referendum hazırkı prezident Erdoğana, demək olar hüdudsuz səlahiyyətlər verməlidir.

Türkiyənin ailə işləri naziri Fatma Betul Sayan Kaya xarici işlər nazirinin təyyarəsi geri qaytarıldıqdan sonra mitinqin keçirilməsi planlaşdırılan Rotterdam şəhərinə avtomobil yolu ilə gəlmişdi, lakin holland polisi tərəfindən ölkədən çıxarıldı.

Erdoğan Qərb ölkələrini “islamofobiyada” ittiham edib və beynəlxalq təşkilatları Hollandiya üzərinə sanksiyalar qoymağa çağırıb.

Erdoğan deyib: "Mən elə bilirdim ki, nasizm keçib gedib, sən demə, mən səhv etmişəm. Nasizm Qərbdə hələ də sağdır”.

Hollandiyanın baş naziri Mark Rutte Türkiyə prezidentinin üzr istəməsini tələb edib

Hollandiyanın baş naziri Mark Rutte Türkiyə prezidentinin üzr istəməsini tələb edib

O eyni zamanda Çavuşoğlunun Fransanın Mets şəhərindəki mitinqdə iştirakına icazə verdiyinə görə Parisə təşəkkürünü bildirib.

Bu arada Hollandiya baş naziri Mark Rutte Erdoğandan “nasizm” təhqiri üçün üzr istəməsini tələb edib.

O deyib ki, “bu ölkə İkinci Dünya Müharibəsində nasistlər tərəfindən bombardman edilib. Bu cür danışmaq qətiyyən yolverilməzdir”.

Başqa xəbərlərə görə İsveçdə Türkiyə kənd təsərrüfatı nazirinin iştirak edəcəyi mitinq ləğv olunub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG