Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:55

Fransa prezidentliyinə namizədin başı yeni maliyyə qalmaqalında


Francois Fillon

Fransa prezidentliyinə namizəd Fransua Fiyona (Francois Fillon) qarşı daha bir ittiham irəli sürülüb.

Məlumata görə, o, 2013-cü ildə FİMALAC maliyyə qrupunun sahibi, milyarder Mark Ladre de Laşarer-dən (Marc Ladreit de Lacharrière) 50 min avro suda alıb.

“Canard Enchaîné” və “ lepoint.fr” saytlarının yazdıqlarına görə, Fiyon qanuna əsasən bunu gəlir kimi deklarasiya etməyib.

Fiyonun vəkili isə bu sudanın tam şəkildə sahibinə qaytarıldığını deyir.

Ladre de Laşarerin adı Fiyyonla bağlı başqa bir qalmaqalda da hallanır.

O, “La Revue des deux Mondes” nəşrinin sahibidir. İddialara görə, Fransua Fiyonun həyat yoldaşı Penelopa 2012-ci ilin mayından 2013-cü ilin dekabrınadək yalandan bu nəşrdə çalışıb və ayda 5000 min avro maaş ala-ala, bu müddət ərzində cəmi 2 qeyd çap etdirib.

Fransua Fiyon bundan əvvəl başqa bir işə-həyat yoldaşını yalandan işə düzəltdiyinə görə də cinayət işiylə üzləşib və ona qarşı rəsmi ittiham irəli sürülə bilər.

Amma bütün bu qalmaqallara baxmayaraq Fiyon martın 6-da namizədliyinin verildiyi Respublikaçılar” partiyası rəhbərliyinin tam dəstəyini qazanıb.

Çağırışlara baxmayaraq Alen Jyuppe həmin gün Fiyonun yerinə namizəd olmaqdan imtina edib.

Qeyd edək ki, martın 2-də Fiyonun Parisdəki evində axtarış aparılıb. Buna da bax.

Günün bütün mövzuları

XS
SM
MD
LG