Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:20

Fransa prezidentliyinə namizədin evində axtarış aparıldı


Francois Fillon

Martın 2-də Fransa prezidentliyinə namizəd Francois Fillonun Parisdəki 7-ci dairədə yerləşən evlərində axtarış aparıb.

Bu barədə Lenta.ru Fransanın “Le Parisien” nəşrinə istinadla xəbər yayıb.

Mənbənin məlumatına görə, axtarışı korrupsiya ilə mübariizəvə maliyyə cinayətləri üzrə Mərkəzi idarənin əməkdaşları aparıb.

Fillonun yaxın ətrafı axtarış aparılmasını təsdiqləyib, amma əlavə şərh verməyib.

Xatırladaq ki, Fillon istintaqa baxmayaraq martın 1-də prezidentlik uğrunda mübarizəni davam etdirəcəyini bəyan edib.

Siyasətçi həmçinin martın 15-də məhkəməyə çağırıldığını və ola bilsin ki, orda ona qarşı rəsmi ittiham irəli sürüləcəyini bildirimişdi.

Qeyd edək ki, Fransa prokurorluğu fevralın 24-də Francois Fillon və həyat yoldaşı Penelope Fillona qarşı istintaq işi açıb.

Söhbət dövlət vəsaitinin mənimsənilməsindən gedir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Francois Fillon Milli Assambleyanın deputatı olanda bir neçə il həyat yoldaşı Penelope-yə köməkçisi kimi yalandan maaş yazıb.

Söhbət ümumilikdə təxminən 500 min avrodan gedir.

Bu qalmaqal Francois Fillonun nüfuzuna ciddi ziyan vurub.

Fransada prezident seçkisi aprelin 23-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG