Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:54

Mehriban Vəzir hava limanında saxlanmasından danışdı


Mehriban Vəzir

Yazar Mehriban Vəzir indi Türkiyədədir. O, martın 7-də Bakı hava limanında saxlanıb, yoxlamaya məruz qalıb. Bir müddət sonra isə buraxılıb.

Bu haqda AzadlıqRadiosuna Mehriban Vəzirin özü məlumat verib: «Türkiyəyə uçurdum, hava limanında əsassız yoxlamalara məruz qaldım. Bu, ilk dəfə deyil, son üç ildə demək olar ki, tez-tez belə xüsusi yoxlamalara məruz qalıram. Bu son 3 ildə QHT sektorunda çalışmağımla bağlı məsələdir. Özümə də açıqlama vermirlər ki, biləsən problem nədən ibarətdir».

M.Vəzir deyir ki, onu xüsusi yoxlayan sərhədçilər olub: «Belə yoxlamalar, sadəcə, rəzalət, vətəndaş qüruruna toxunan məsələdir. Təyyarəyə gecikmək, təyyarənin qapıları bağlanana qədər hər an düşürülə bilmək hissi yaşayırsan».

M.Vəzirin bu açıqlamasına, hələlik, Dövlət Sərhəd Xidmətindən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Azərbaycanda ictimai-siyasi fəalların hava limanlarında, digər sərhəd-keçid məntəqələrində saxlanılıb çək-çevir edilməsinə 2014-cü ildən başlanılıb. Həmin vaxt beynəlxalq və yerli QHT-lərlə bağlı Baş Prokurorluqda cinayət işi açılmışdı.

Həmin cinayəti işi əsas göstərilməklə bir sıra QHT rəhbərlərinin, fəallarının və jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmuşdu. Sonradan bu qadağaların bəziləri aradan qaldırılıb.

M.Vəzir Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin silahdaşlarından olub. O, hazırda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvüdür. «Qadınların Siyasi Mədəniyyət Mərkəzi (2004)» İctimai Birliyinə rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG