Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 07:19

Kosovo prezidenti Hashim Thaci parlamentə müraciət edib, yüngül silahlı təhlükəsizlik qüvvələrinin daimi orduya çevrilməsini istəyib.

Prezidentin müraciəti Kosovonun müstəqilliyini tanımaq istəməyən Serbiya liderlərinin etirazına səbəb olub.

H.Thaci deyib ki, Kosovo təhlükəsizlik qüvvələrinin orduya çevrilməsi suveren və müstəqil dövlətin ata biləcəyi normal addımdır. Onun sözlərinə görə, məqsəd Kosovonu, onun ərazi bütövlüyünü, sülhü qorumaqdır və bu, regionda yalnız stabilliyi və sülhü təmin edə bilər.

Prezidentin müraciətinin qəbul edilməsi üçün parlamentdəkilərin 2/3-nin, o cümlədən serb millət vəkillərinin sənədə səs verməsi gərəkdir.

Kosovonun baş naziri, əslən serb olan Branimir Stojanovic Azad Avropa/Azadlıq Radiolarına müsahibəsində deyib ki, Kosovo təhlükəsizlik qüvvələrinin mandatının dəyişdirilməsi konstitusiyaya ziddir və serbləri təmsil edən millət vəkilləri konstitusiyaya hörmət göstərməyə çalışacaqlar. O, prezident H.Thaci-nin məsələni serb liderləriylə müzakirə etmədiyini də vurğulayıb.

Prezidentin təşəbbüsünün tərəfdarları isə istədiklərinə nail olmaqdan ötrü beynəlxalq aləmdən dayaq istəyəcəklərini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG