Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 15:38

Mehman Hüseynov korrupsiyanı ifşa etmək səyləri ilə məşhurdur. Bu fonda onun iki il müddətinə azadlıqdan məhrum edilməsi ittiham olunduğu məsələ ilə tamamilə qeyri-mütənasib görünür”.

Avropa Birliyinin martın 7-də yayılmış bəyanatında belə bildirilir.

“Onun qanunsuz həbsi, qeyri-insani rəftar və azadlıqdan məhrumetmə haqqında hökmlə yekunlaşan məhkəmə prosesinin gedişində pozuntular ciddi narahatlıq doğurur və dərhal araşdırılmalıdır”, deyə bəyanatda qeyd edilir.

Buna da bax:​ Mehman Hüseynovun azadlığı istənilir

Avropa Birliyi vurğulayır ki, Azərbaycanın beynəlxalq öhdəliklərinə və fundamental azadlıqlara hörmət etməsini gözləyir.

XATIRLATMA

Mehman Hüseynov martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Buna da bax: HRW: 'Bloqqerin həbsi Azərbaycanın bir az da aşağı yuvarlandığını göstərir'

Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Buna da bax:​ Mehman Hüseynovu anası ilə görüşməyə qoymayıblar

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Onun şikayətində M.Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı dedikləri polisə böhtan kimi dəyərləndirilirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG