Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 02:37

«Mən Azərbaycan hakimiyyətini bloqqer Mehman Hüseynovu azadlığa buraxmağa çağırıram. Ümid edirəm ki, Apellyasiya Məhkəməsində bu qərara yenidən baxılacaq».

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic-in bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı bəyanatında belə yazılır.

Bəyanat ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbəri Michael Georg Link-lə birgə verilib.

Bəyanatda bloqqer M.Hüseynov barəsində hökm pislənilir və rəsmi Bakı onu dərhal azadlığa buraxmağa çağırılır.

D.Mijatovic diffamasiyanın dekriminallaşdırılması və uzunmüddətli beynəlxalq öhdəliklərini yerinə yetirməsi ilə bağlı Azərbaycan hakimiyyətinə əvvəlki çağırışlarını xatırladıb.

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Öz növbəsində, DTİHB-nin rəhbəri M.G.Link qeyd edib ki, qeyri-insani rəftar və işgəncələrə dair istənilən şikayət dərhal araşdırılmalıdır. Bu mənada M.Hüseynovun işi üzrə məhkəmə qərarı narahatlıq doğurur.

«Mehman Hüseynov Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin diffamasiya üzrə iddiası ilə 2 il azadlıqdan məhrum edilib. İddiaya bloqqerin Nəsimi polisində ona işgəncə verilməsi barədə bəyanatı səbəb olub. Bloqqerin bədənində zorakılıq izləri olsa da, prokurorluq işgəncə faktı üzrə cinayət işi qaldırmaqdan imtina edib», - deyə bəyanatın sonunda bildirilir.

XATIRLATMA

Mehman Hüseynov martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Onun şikayətində M.Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı dedikləri polisə böhtan kimi dəyərləndirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG