Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 02:58

Mehman Hüseynovu anası ilə görüşməyə qoymayıblar


Mehman Hüseynov 2 il həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Mehman Hüseynov 2 il həbs cəzası aldı

Bu gün, martın 6-sı həbsdə olan bloqqer Mehman Hüseynova anası ilə görüşməyə icazə verilməyib.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Vəkilin bildirməsinə görə, M.Hüseynovun anası onunla görüşmək məqsədilə Penitensiar Xidmətin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına gedib. Ancaq görüşə icazə verilməyib.

Oradan bildirilib ki, bundan ötrü məhkəmədən məktub verilməlidir. «Təcridxana əməkdaşlarının bu hərəkəti tamamilə qanunsuzdur. Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanuna görə, məhdudiyyət qoyulması barədə cinayət təqibini həyata keçirən orqanın qərarı yoxdursa, bütün hallarda həbsdə saxlanılan şəxslə qohumları həftədə bir dəfə görüşə bilər»,-deyə vəkil qeyd edib.

Buna da bax-Əli Həsənov Mehmanın həbsindən danışdı

Ancaq vəkil özü martın 6-sı Mehman Hüseynovla görüşmüşdü. Vəkilin bildirməsinə görə, bloqqerin saxlanma şəraitindən narazılığı yoxdur. «5-adamlıq kamerada saxlanır. Kamerada televizor da var. Yerli kanalları izləmək imkanı var. Bütün dostlara salamları var»,-deyə vəkil vurğulayıb.

Martın 6-sı müdafiə tərəfi bloqqerin həbs qərarından apellyasiya şikayəti də verib. Apellyasiya şikayətində ona bəraət istənilir.

XATIRLATMA

Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

Buna da bax-Vəkil: 'Mehman Hüseynova bəraət istəmişik'

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Onun şikayətində M.Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı dedikləri polisə böhtan kimi dəyərləndirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG