Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 03:36

Novruz yarmarkalarının yerləri açıqlandı


Bakıda Novruz yarmarkası.

Kənd Təsərrüfatı Nazirliyi martın 16-dan 19-dək, 4 gün Novruz bayramı ilə əlaqədar Bakıda satış yarmarkaları təşkil edəcək.

Yarmarkaların Sumqayıt və Xırdalan şəhərlərində də təşkili planlaşdırılır.

Kənd Təsərrüfatı nazirliyi xəbər verir ki, yarmarkaların təşkilində məqsəd bayramla əlaqədar ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin önlənməsidir.

Buna da bax:​ "Yarmarkada məhsulu ucuz satmırlar, ucuzunu satırlar"- [Fotolar]

Yarmarkaların keçirilməsindən ötrü gərəkli tədbirlərin görüldüyü bildirilir.

Mütəxəssislərindən ibarət işçi qruplar, laboratoriyalar yaradılıb.

Onlar satılan məhsulların keyfiyyətinə, istehlakçıya yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə davamlı nəzarət etməlidirlər.

Yarmarkalar Bakının Xətai, Nərimanov, Səbail, Suraxanı və Binəqədi rayonlarında təşkil olunacaq.

Sumqayıt şəhərində isə iki yarmarka fəaliyyət göstərəcək.

Bakı şəhəri üzrə:

Xətai rayonu:

- Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

Buna da bax: Bayram gəlir, qiymətlər artır...

Nərimanov rayonu:

- Keşlə bazarının ərazisi

Səbail rayonu:

- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

Binəqədi rayonu:

- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

- 12-ci mikrorayon

- köhnə avtovağzalın yanı

Buna da bax:​ Ət, toyuq, yağ, süd bahalaşıb, çörəyin çəkisi azalıb...

Son illər Bakıda və ölkənin iri şəhərlərində bir qayda olaraq bayram yarmarkaları təşkil olunur. Ancaq, alıcılar şikayətlənir ki, yarmarkalarda bazarlara nisbətən qiymətlər ucuz olsa da, malların keyfiyyəti də aşağı olur.

Bu il bahar Azərbaycana martın 20-si saat 14:29-da gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG