Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:45

'Əl-Qaidə'nin 2 nömrəli lideri öldürülüb


Foto illüstrasiya

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dronu «Əl-Qaidə»nin 2 nömrəli lideri Ebu el Hayral Masri-ni vurub. Hadisə Suriyada baş verib.

Xəbəri «Əl-Qaidə» özü də təsdiqləyir. Təşkilatın yaydığı bəyanatda el-Masri-nin qəhrəman kimi həlak olduğu, «Amerikanın növbəti cinayətinə qurban getdiyi» deyilir.

59 yaşlı el-Masri Misirdən idi. «Əl-Qaidə»nin əsasını qoymuş Osama bin Laden-in kürəkəni olan el-Masri təşkilatın indiki lideri Ayman al-Zawahiri-dən sonra ikinci şəxs hesab edilirdi.

ABŞ rəsmilərinin yaydığı məlumata görə, el-Masri fevralın 26-da Suriyanın şimal qərbindəki İdlib şəhərində öldürülüb. O, 19 il idi axtarışda idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG