Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:41

Prezident sammitdə Pakistana təşəkkür edib.


İƏT-nin İstanbul sammiti -2016

Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısını Azərbaycan prezidenti İlham Əliyev açıb.

İlham Əliyev 2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının sədri kimi Azərbaycanın bu qurumu gücləndirmək, onun dünya iqtisadi əməkdaşlığında iştirakını artırmaq və üzv ölkələr arasında çoxtərəfli tərəfdaşlığı təbliğ etməkdən ötrü əlindən gələni əsirgəmədiyini bildirib.

Sonra prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Muhammad Nawaz Sharif-in İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitinin sədri seçildiyini elan edib.

Muhammad Nawaz Sharif Pakistanın bu quruma sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsindən ötrü səylə çalışacağını vurğulayıb.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı etimada əsaslandığını deyib. O, bunun əyani nümunəsi kimi, Azərbaycanın ərazisinin 20 faizini işğal edən Ermənistan ilə diplomatik münasibətlər qurmadığına görə Pakistana Azərbaycan xalqı adından bir daha minnətdarlığını çatdırıb.

İlham Əliyev islam həmrəyliyindən də danışıb. 2017-ci ilin Azərbaycanda «İslam həmrəyliyi ili» elan edildiyini söyləyib.

XATIRLATMA

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməkdən ötrü fevralın 28-də Pakistan İslam Respublikasına getmişdi.

O, Pakistan İslam Respublikasının prezidenti Mamnoon Hussain, baş nazir Muhammad Nawaz Sharif və Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la görüşüb.

İqtisadi Əməkdaşlıq Təşkilatını 1995-ci ildə Türkiyə, Pakistan və İran yaradıb.

Azərbaycan 1993-cü ildən bu qurumla əməkdaşlıq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG