Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 12:12

Prezident: 'Əsas məqsəd qeyri-neft məhsullarının ixrac edilməsidir'


Prezident İlham Əliyev Qətərdə. 27fev2017

“Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”.

AZƏRTAC-ın xəbərinə görə, fevralın 27-də Azərbaycanın və Qətərin ölkə başçılarının geniş tərkibli görüşündəki çıxışında prezident İlham Əliyev belə deyib.

O, Azərbaycandakı durum, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışıb.

Görüşdə son vaxtlar Azərbaycanla Qətər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirilib.

Buna da bax:​ Azərbaycan və Qətər arasında sənədlər imzalanıb

Qətər əmiri Tamim bin Hamad Al Thani deyib ki, Azərbaycanda sabitlik və təhlükəsizlik mövcuddur.

“Bu da həm iqtisadi, həm turizm sahələrində inkişafa imkan yaradır”, deyən Əmir qarşılıqlı səfərlərin ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.

Söhbət zamanı kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəminin vurğulandığı, digər ölkələrə birgə sərmayə qoyuluşunun, neft və qaz sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu bildirilir.

Buna da bax: Ötən il qeyri-neft ixracı azalıb

Xatırlatma

Azərbaycan prezidenti İlham Əliyev Qətərə fevralın 26-da səfər edib.

Fevralın 27-də iki ölkə arasında bir neçə önəmli saziş imzalanıb.

Qətərin mədəniyyət və idman naziri Salah bin Ghanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mədəniyyət sahəsində, gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti «MWANI Qatar» arasında Anlaşma Memorandumunu isə bu ölkənin nəqliyyat və rabitə naziri Jassim Saif Ahmed Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzalayıb.

Buna da bax:​ Ekspert: 'Tədiyyə balansında tarazlıq yaranacağı real deyil'

İki ölkə arasında hava daşımaları, kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair də sənədlər imzalanıb.

Prezident İlham Əliyevin Qətər səfəri fevralın 27-də başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG