Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 01:24

Azərbaycan və Qətər arasında sənədlər imzalanıb


Qətərin paytaxtı Doha.

Fevralın 27-də Azərbaycan prezidenti İlham Əliyev və Qətər əmiri Tamim bin Hamad Al Thani-nin təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, onların iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

Xəbərdə qeyd edilir ki, mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Ghanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

Bundan başqa, gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Bu sənədi də yenə Salah bin Ghanem bin Nasser Al Ali ilə Elmar Məmmədyarov imzaladılar.

Daha bir imzalanan sənəd isə «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC və Qətər Limanları İdarəetmə Şirkəti «MWANI Qatar» arasında Anlaşma Memorandumu olub. Bu memorandum isə Qətərin nəqliyyat və rabitə naziri Jassim Saif Ahmed Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin imzası ilə gerçəkləşib.

Habelə, iki ölkə arasında hava daşımaları, kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair də sənədlər imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyev Qətərə fevralın 26-da səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG