Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:34

Müsavatın daha bir rəhbər üzvi prokurorluğa çağırıldı


Gülağa Aslanlı

Bu gün, fevralın 24-ü Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da prokurorluğa dəvət edilib.

Bu haqda partiya rəsmisinin özü bilgi verib.

G.Aslanlı da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Ona çağırış telefonla edilib.

Buna da bax:​ Şəkidə müxalifət partiyaları qərargahdan çıxarılıb

Partiya rəsmisi sabah, fevralın 25-də saat 10-da idarədə olmalıdır.

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və bu partiyanın hazırkı başqan Arif Hacılı da prokurorluğa çağırılıb.

Onlara göndərilən çağırış vərəqələrində bildirilir ki, Arif Hacılı və İsa Qəmbər şahid qismində ifadə verməkdən ötrü fevralın 27-də saat 10:30-da prokurorluğa dəvət olunurlar.

Buna da bax: Polisə aparılan müsavatçı xanım sərbəst buraxılıb

Çağırışın istintaqın mühacirətdə olan Azərbaycan vətəndaşları ilə əlaqədar olduğu güman edilir.

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi (AKM) fevralın 18-də Almaniyanın Köln şəhərində «Siyasi məhbuslara azadlıq!» şüarı ilə aksiya keçirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG