Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Mehriban Əliyeva təbriklərə cavab verdi


İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva

“Yeni vəzifədə mənə dəstək dolu sözlərinizi, diləklərinizi dərin minnətdarlıq hissi ilə oxuyuram.

Bu təyinat mənə çox böyük etimad və şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olub”.

Birinci vitse-prezident Mehriban Əliyevanın yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə cavabında belə yazılır.

Buna da bax:​ Arif Məlikov: 'Əmma qoymağa səbəb axtarırlar'

O, qeyd edir ki, rəhbəri olduğu Heydər Əliyev Fondu indiyədək bir çox əhəmiyyətli layihələr reallaşdırıb.

“Mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq. Amma yeni təyinat qarşıma, artıq yeni hədəflər qoyur, yeni imkanlar açır”.

Birinci vitse-prezident gələcəyə nikbin baxdığını vurğulayır.

Buna da bax: 1-ci Vitse-prezident hansı işləri görməlidir?

“Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız var. Mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram. Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik”, M.Əliyeva qeyd edir.

Xatırlatma

Mehriban Əliyeva fevralın 21-də Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Buna da bax:​ ’Paşayeva Əliyevanı niyə təbrik etdi o zaman?’

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib.

Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi. Yeni Konstitusiyaya görə, birinci və digər vitse-prezidentləri prezident təyin edir.

Dəyişikliklərə bundan başqa, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması da daxil idi. Habelə, prezident və deputat seçkilərində yaş senzi aradan qaldırılırdı.

Buna da bax:​ İsa Qəmbər: 'Əliyevin xanımını vitse-prezident təyin etməsi rüsvayçılıqdır'

Hakimiyyət bütün bu dəyişiklikləri Konstitusiya islahatları kimi təqdim edib. Onların fikrincə, bu, ölkənin daha çevik idarə edilməsinə və təhlükəsizliyinə şərait yaradacaq.

Müxalifət isə bunu hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirmişdi.

Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva prezident İlham Əliyevin həyat yoldaşıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG