Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 13:31

Ərəb ölkələrindən gələnlər artıb, Avropadan azalıb...


İrandan gələn turistlər.

2016-cı ildə Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artıb. Azərbaycana ötən il ümumilikdə 2 milyon 248,8 min nəfər əcnəbi gəlib.

Dövlət Statistika Komitəsinin məlumatında belə qeyd edilir.

Buna da bax:​ Azərbaycanda qanunsuz ov edən 16 əcnəbi cərimələnib

Ərəb ölkələrindən gələnlərin sayı (İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər) dəfələrlə artıb. Ölkəyə gələn İran vətəndaşlarının sayı 66,2, Misir vətəndaşlarının sayı 51,8, Çin vətəndaşlarının sayı 44,5 faiz çoxalıb.

DSK-nın məlumatına görə, MDB ölkələrindən gələnlərin də sayı 8,1 faiz artaraq 868 min nəfərə çatıb.

Ancaq Avropa Birliyinə üzv ölkələrdən gələn vətəndaşların sayı 16,6 faiz azalıb. Ötən il Avropa Birliyi ölkələrindən Azərbaycana cəmi 91,1 min nəfər insan gəlib.

Buna da bax: Turistlərin sayı 12 faiz artıb

Azərbaycan hökuməti turistlərin təşviqindən ötrü əcnəbilərə viza prosedurlarını yumşaldan addımlar atır.

Ancaq bir çox mütəxəssislər bunu yetərli saymırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG