Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:11

Turistlərin sayı 12 faiz artıb


Bakıya niyə belə çox ərəb turistlər gəlir?
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Bakıya niyə belə çox ərəb turistlər gəlir?

2016-cı ildə Azərbaycana 2 milyon 242 min 783 nəfər xarici vətəndaş gəlib. Bu, 2015-ci illə müqayisədə 11.7 faiz çoxdur.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatında belə deyilir.

Məlumata görə, Azərbaycanda gələn xarici vətəndaşların sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının ümumi payı 80.3 faizdir.

Nazirlik ərəb ölkələrindən gələn turistlərin sayının xeyli artdığını qeyd edir. Azərbaycana ötən il 2015-ci illə müqayisədə İordaniyadan 2 dəfə, Küveytdən 3.2 dəfə, Qətərdən 5.5 dəfə, Səudiyyə Ərəbistanından, Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan isə 30 dəfə çox turist gəldiyi bildirilir.

Ekspertlər qeyd edir ki, Gürcüstan və Rusiyadan gələnlər, əsasən, etnik azərbaycanlılardır. Turistlərin sayı məhz onların hesabına realdakından çox görünür.

Qonşu ölkələrdən Gürcüstana isə ötən il 6 milyon 350 min nəfər xarici vətəndaş gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG