Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 01:35

Bakıdakı satış məntəqələrində mal ətinin qiymətində artım müşahidə olunur.

Son bir həftədə sümüklü mal ətinin qiyməti 12 manatadək artıb. Sümüksüz ətin kilosu isə bəzi yerlərdə 14 manata qədər bahalaşıb.

Ət kəsimi məntəqələrində bildirirlər ki, bahalaşma heyvanlara baxımın bahalaşması ilə bağlıdır.

Buna da bax:​ Qiymət artımı: Avropa-Azərbaycan müqayisəsi

Yasamal rayonundakı ət mağazalarının birində deyiblər ki, rayonlarda heyvan otarmağa sahələr azalır. Ucdantutma sahələri əkinə yönəldirlər. Əkin aparmayanlardan icarə verilən torpaqlar geri alınır. Üstəlik, bəzi fermerlərə məxsus torpaqların da icarə müqavilələrinin ləğv edildiyi bildirilir.

Yasamal rayonundakı məntəqələrdə mal ətinin kilosu 11 manatdan satılır.

Alıcılar isə bahalaşmanı daha çox yaxınlaşmaqda olan Novruz bayramı ilə əlaqələndirirlər.

Buna da bax:​ Ən çox bahalaşan 10 ərzaq

“Hər bayramda belə olur. Ətin kilosunu 2-3 manat bahalaşdırırlar. Bayramdan sonra qiyməti düşəcək”,- alıcılar bildiriblər.

Ötən ilin sonlarında Bakıda mal əti əssən 9 manata satılıb.

Ancaq bazarlarda 8-9 manata da mal əti tapmaq olar. Ekspertlər deyirlər ki, onlar yaşlı heyvanların ətləridir. Əhali bəzən belə ətlərə üstünlük verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG