Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 01:03

Ən çox bahalaşan 10 ərzaq


Bakı, Gündəlik ərzaq malları mağazası

İqtisadçı Rövşən Ağayev ötən ilin 11 ayında ən çox bahalaşan 10 qida məhsulunun siyahısını açıqlayıb.

Rövşən Ağayev qeyd edir ki, həmin rəqəmlər Dövlət Statistika Komitəsinin pərakəndə qiymət statistikası ilə bağlı məlumatından götürülüb. Dekabr ayının göstəriciləri dəyərləndirmədə nəzərə alınmayıb.

Rövşən Ağayev vurğulayır ki, siyahının başında sarımsaq gəlir. Sarımsaq 94 faiz bahalaşıb.
Quru noxud 41, Qarabaşaq yarması 35, balıq konservləri 30, şəkər tozu 24, kərə yağının da qiyməti 23 faiz artıb.

Bundan başqa, pasterizə olunmamış üzlü süd 23, mal əti , qoyun əti və quru süd də 20 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında inflyasiya təqribən 12 faiz olub. Ancaq müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. Onlar inflyasiyanın daha yüksək olduğunu düşünürlər.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG