Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Bu gün Azərbaycanda ilk çərşənbə tonqalları yanacaq


Səməni

Bu gün, fevralın 21-i Novruz çərşənbələrinin birincisi olan Su çərşənbəsi qeyd ediləcək.

İnanclara görə, ilkin olaraq su yaradılıb. Odur ki, bu çərşənbədə suyun dirildiyi deyilir.

Bu gün səhər tezdən su üstünə getmək, onunla pıçıldaşmaq xeyirli əməl sayılıb.

Elə ilk tonqalın Su çərşənbəsində yandırılması da qışdan çıxışın başlanması sayılır.

Bu çərşənbədə masa üzərinə su qoyulması, suyun dağılması xeyirliyə yozulur. Əgər, su aşıb tökülərsə, bu bolluq və bərəkətin əlaməti hesab edilir.

Qarşıda daha 3 Novruz çərşənbəsi qalır. Fevralın 28-də od, martın 7-də hava (yel), martın 14-də isə sonuncu torpaq çərşənbəsi qeyd olunacaq.

Bu il yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 14:29-da gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG