Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:07

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının dünən, fevralın 15-i verdiyi qərara əsasən, «PAŞA Bank» ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib.

«Bank VTB (Azərbaycan)» ASC-nin isə 6 filialının lisenziyaları ləğv edilib.

Palatadan verilən xəbərə görə, palatanın Direktorlar Şurasının iclasında «PAŞA Bank»ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşəcək «Fərdi bankçılıq» şöbəsinin açılmasından ötrü müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. İclasda həmçinin, «Bank VTB (Azərbaycan)» ASC-nin «İçərişəhər», «Həzi Aslanov», «Əhmədli», «Bakıxanov», «28 May» və «Xırdalan» filiallarının icazələrinin ləğv edilməsinə dair müraciəti də müzakirə edilib.

Filialların bağlanmasına əsas səbəb bankın xərclərini optimallaşdırması göstərilib. Direktorlar Şurası «Banklar haqqında» və palatanın nizamnaməsini rəhbər tutaraq sözügedən filiallar ləğv edib. Hazırda bankın filiallarının sayı 8 olacaq.

Ötən il Azərbaycanda 10 bank ləğv edilib. Buna səbəb kimi onların öhdəlikləri yerinə yetirə bilməmələri göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG