Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:11

Trump İsrailə arxa duracağını deyir, İranı pisləyir


Benjamin Netanyahu və Donald Trump.

ABŞ prezidenti Donald Trump İranla nüvə razılaşmasını yenə pisləyib, İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyini deyib.

Dünən—fevralın 15-də prezident İsrailin baş naziri Benjamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Konfransda D.Trump həm də BMT-nin İsraillə bağlı qərarlarını tənqid edib, beynəlxalq təşkilatların İsraillə ədalətsiz rəftar etdiyini söyləyib. ABŞ prezidenti İsrail, B.Netanyahu hökumətinə dayaq duracağına söz verib.

B.Netanyahu Birləşmiş Ştatların öncəki prezidenti Barack Obama ilə yola getmirdi. D.Trump vəzifə başına keçəndən sonra İsraillə bağlı siyasətin dəyişəcəyini deyirdi.

B.Netanyahu D.Trump prezident seçiləni ilk dəfədir Vaşinqtona səfər edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG