Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:03

Əliyev Lukashenko-ya zəng edib


Əliyev-Lukashenko

Fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev Belarus dövlət başçısı Alexander Lukashenko-ya zəng edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, telefon danışığında Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafından danışılıb.

İlham Əliyev siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edib.

Buna da bax:​ XİN: 'Bloqqerin ekstradisiyasını siyasiləşdirmək yanlışdır'

Xəbərdə qeyd edilir ki, İlham Əliyev Alexander Lapshin-in Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə belaruslu həmkarına minnətdarlıq edib.

İlham Əliyev vurğulayıb ki, bu addımı Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Nazir rus səfiri qəbul etdi...

Rusiyanın Azərbaycandakı səfirliyinin fevralın 8-də Xarici İşlər Nazirliyinə bloqqer Lapshinin ekstradisiyası ilə bağlı nota verdiyi bildirilir.

Buna da bax: İsrail səfirliyi Lapshinin işini izləyir

Bu haqda Rusiya KİV-lərində məlumat yayılıb.

Verilən xəbərlərə görə, nota səfirliyin konsulluq şöbəsi əməkdaşlarının bloqqerlə görüşməsinə şərait yaradılması ilə bağlı olub.

Günün sonunda isə xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyanın Azərbaycandakı səfirini qəbul etdiyi bildirilir.

Səfirlik əməkdaşlarına bu həftə bloqqerlə görüşmələrinə şərait yaradılacağı bildirilir.

Buna da bax: Lukashenka: 'Razılaşmaya görə Lapşini Azərbaycana verməliyik"

Xatırlatma

A. Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belorus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.

Həmin qərar ötən gün, fevralın 7-si gecə icra edilib.

A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG