Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:47

XİN: 'Bloqqerin ekstradisiyasını siyasiləşdirmək yanlışdır'


Bloqqer Alexander Lapshin

“Bloqqer, ya jurnalist olmaq heç kimə qanunları pozmağa əsas və ya toxunulmazlıq vermir. Ona görə də bloqqer Lapshinin ekstradisiya edilməsi məsələsini siyasiləşdirmək və ya ona “söz azadlığı” donu geyindirmək cəhdləri tamamilə yanlışdır”.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev israilli bloqqerin Azərbaycana verilməsi ilə bağlı xəbərləri şərh edərkən belə deyib.

Buna da bax: Lukashenka: 'Razılaşmaya görə Lapşini Azərbaycana verməliyik"

XİN sözçüsü vurğulayıb ki, sırf hüquqi müstəvidə olan bu məsələ ətrafında yaradılmış əsassız səs-küy və diskussiya başadüşülən deyil.

“Azərbaycan MDB çərçivəsində mülki, ailə, cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov Konvensiyası əsasında Belarusda saxlanılmış A.Lapshinin ekstradisiyası üçün müvafiq hüquqi addımları atıb”, deyən XİN rəsmisi Ermənistanı qınayıb.

“Bu məsələdə Ermənistanın əsassız və gülünc canfəşanlığı, mövzunu siyasiləşdirmək cəhdləri əslində onların güddüyü çirkin məqsədlərini ifşa edir. Ermənistan əcnəbi vətəndaşları aldatma və digər yollarla işğal olunmuş Azərbaycan ərazilərinə səfərə sövq edir. Sonradan həmin şəxsləri özünün siyasi təbliğat oyunlarının alətinə çevirməyə çalışır”.

Buna da bax:​ Lapshin-i Bakıya aparacaq təyyarə artıq Minskdədir

Xatırlatma

A. Lapşin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belorus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.

Bir müddət əvvəl İsrail Xarici İşlər Nazirliyi Lapşini Azərbaycana təhvil verməmək çağırışı ilə Belarus hakimiyyətinə müraciət edib.

Buna da bax:​ Bloqqer prezidentə bağışlanma məktubu göndərib

Baş Prokurorluq Aleksandr Lapşini Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməkdə və Dağlıq Qarabağın müstəqilliyini tanımağa açıq çağırışlar etməkdə günahlandırır.

Multimedia

XS
SM
MD
LG