Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:40

İsrail səfirliyi Lapshinin işini izləyir


Alexander Lapshin

“İsrailin Azərbaycandakı səfirliyi Lapshinin işi ilə məşğul olur və müvafiq qurumlarla əlaqə saxlayır”.

Bu barədə İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom “Turan” Agentliyinin Alexsander Lapshinin həbsi və Bakıya təhvil verilməsi ilə bağlı sorğusuna cavabında bildirib.

Buna da bax:​ XİN Lapshinə hüququ müstəvidə yanaşılma istəyir

“Biz cənab Lapshinin işi üzrə hadisələrin inkişafını diqqətlə izləyirik. Diplomatik və konsulluq kanalları ilə müvafiq tərəflərlə əlaqə saxlayırıq”, deyə diplomat bildirib.

A. Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belorus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.

Həmin qərar ötən gün, fevralın 7-si gecə icra edilib.

Buna da bax:​ Ermənistandan Lapshinin Azərbaycana verilməsinə reaksiya

A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG