-
Fevralın 8-i prezident İlham Əliyev Fransanın baş naziri yanında Dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi Jean-Vincent Placé-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, Jean-Vincent Placé Bakıda Fransız liseyi, Fransa-Azərbaycan Universiteti və “Ağ şəhər”lə tanış olacağını bildirib. O, ətraf mühitin mühafizəsi ilə bağlı Fransa-Azərbaycan əməkdaşlığından məmnunluğunu ifadə edib.
Dövlət katibi Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlərlə də yaxından tanış olmaq arzusunu bildirib.