Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 14:59

Trump Avstraliyanın baş naziri ilə söhbətinin "çox pis" olduğunu deyir


Donald Trump

ABŞ prezidenti Donald Trump Avstraliyanın baş naziri Malkolm Trenbulla (Malcolm Turnbull) telefon söhbətini xarici dövlət başçıları ilə apardığı söhbətlərin “ən pisi” adlandırıb.

Bunu Washington Post qəzeti yazır.

1 saat çəkməli olan söhbət, cəmi 25 dəqiqə sürüb.

Qəzetin yazdığına görə, Trenbull Trump-a ABŞ-ın Avstraliyadan qaçqın qəbul etməklə bağlı öhtəliyi olduğunu xatırladıb, bu isə onun xoşuna gəlməyib.

Bir qədər sonra Trump özünün “Tvitter” səhifəsində yazıb:”Buna inana bilərzis? Obama administrasiyası Avstraliyadan minlərlə qanunsuz miqrant qəbul etməyə razılıq verib. Nəyə görə? İndi bu razılaşmanı araşdırıram”.

Avstraliyanın baş naziri isə söhbətin “açıq” olduğunu deyib.

Qeyd edək ki, Donald Trump yanvarın 27-də İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ölkəyə girişini 90 günlük qadağan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG