Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 14:17

Azərbaycan prezidenti İlham Əliyevin martın əvvəlində İrana səfəri gözlənilir.

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Javad Jahangirzadeh söyləyib.

«Səfər zamanı müqavilələrin imzalanacağı gözlənilir. Hazırda bunun üzərində iş aparılır», - deyə o bildirib.

Səfir İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda üçtərəfli görüşünün keçirilməsi ilə bağlı hazırlıq işlərinin aparılmadığını da deyib.

Prezident İlham Əliyev sonuncu dəfə İrana ötən ilin fevralında səfər etmişdi. Həmin səfər çərçivəsində iki ölkənin əməkdaşlığı ilə bağlı 10-dan çox saziş, memorandum imzalanmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG