Keçid linkləri

Təcili xəbərlər
2018, 15 İyul, bazar, Bakı vaxtı 23:40

Qafqazın tələbələri üçün təhsil haqqı hələlik sabit qalacaq


Qafqaz Universiteti

"Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycanda tanınmasında problem olmayacaq".

Bunu APA-ya Təhsil Nazirliyində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov bildirib. O qeyd edib ki, universitetin diplomlarının tanınmaması məsələsi Azərbaycana aid deyil: “Düşünürəm ki, Azərbaycanda bu məsələ ilə bağlı ciddi problem olmayacaq. Eyni zamanda vurğulamaq istərdim ki, hazırda tələbələrin təhsili məsələsi də müsbət həllini tapıb. Çünki onlar təhsillərini bitirdikdə artıq yeni bir universitetin məzunu olacaqlar. Diplomların tanınması ilə bağlı heç bir problem olmayacaq”.

Buna da bax:​ Ləğv olunan Qafqaz Universiteti ilə bağlı yeni qərar verildi

Türkiyə Ali Təhsil Şurasının (YÖK) qərarı ilə Qafqaz Universitetindən məzun olanların diplomları həmin ölkədə tanınmayacaq. Qərara əsasən, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq.

Qafqaz-ın tələbələrinin təhsil haqqı sabit qalacaq

Sektor müdiri daha sonra deyib ki, Qafqaz Universitetinin tələbələrindən ötrü Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ilində sabit qalacaq.

“Növbəti tədris ilindən Bakı Mühəndislik Universitetinin pedaqoji ixtisaslarına qəbul dayandırılacaq. Təhsil haqları ilə bağlı müvafiq qərar qəbul olunacaq”, deyən S.Gözəlov təhsil haqları ilə bağlı məsələnin əsas narahatedici məsələlərdən olduğunu bildirib.

Buna da bax: Qafqaz Universitetinin tələbələri fikirlərinin təhrif olunduğunu deyir

“Ödəniş haqqı cari tədris ili üçün sabit olaraq qalacaq. Ancaq növbəti tədris ilindən etibarən universitetdə təhsil haqqı ilə bağlı müvafiq qərar qəbul olunacaq. Burada tələbələrin xeyrinə qərar veriləcək. Yeni yaradılan ali məktəbdə tələbələr digər dövlət ali təhsil müəssisələrində olduğu kimi həm ödənişli, həm də dövlət sifarişi ilə təhsil ala biləcəklər. Ancaq təhsil haqqı ilə bağlı məsələ növbəti tədris ilindən qəbul planı planlaşdırılanda öz həllini tapacaq”, sektor müdiri deyib.

Yanvarın 30-da Təhsil Nazirliyi Qafqaz Universitetinin tələbə kontingentinin bir universitetdə - Bakı Mühəndislik Universitetində yerləşdirilməsinə qərar verilib.

Nazirlik qərarın Qafqaz Universitetinin təsisçisinin müraciəti nəzərə alınaraq qəbul edildiyini açıqlayıb.

Buna da bax:​ Azərbaycana daha bir “mühəndis universiteti” lazım idimi?

Halbuki, tələbələr ölkə başçısına və təhsil nazirinə ünvanladıqları müraciətdə keçmiş Qafqaz Universitetinin şəhərciyində yeni ali təhsil müəssisəsinin yaradılmasını xahiş edirdilər. Bundan ötrü onlar imzatoplama kampaniyasına da başlamışdılar.

XATIRLATMA

1993-cü ildə fəaliyyətə başlayan Qafqaz Universitetinin ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi.

Buna da bax: Qafqaz Universiteti şəhərciyində yeni ali təhsil müəssisəsi xahişi

Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.

Bu il yanvarın 18-də isə Qafqaz Universiteti ləğv olunduğunu elan edib.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen ötən il Türkiyədə baş verən dövlət çevrilişi cəhdini himayə etməkdə günahlandırılır. F.Gülen-in özü isə Türkiyə rəsmilərinin bu iddialarını yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG