Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 13:28

Qoyuna görə çobanlara 7 il həbs


Qoyunlar.

Qoyun oğurlamaqda suçlanan iki çoban - Əliş Abdulov və Mikayıl Əndəlifov yanvarın 30-da məhkəmə zalında həbs olunub. İstintaq və məhkəmə dövründə ev dustaqlığında olan çobanlara Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Güzdək Qoyunçuluq Sovxozunda işlədikləri fermanın 400-dən çox qoyununu oğurlamaqda suçlanan çobanların hər birinə 7 il həbs cəzası verilib.

Bu işə görə cinayət məsuliyyətinə cəlb olunanlar təkcə Əliş Abdulov və Mikayıl Əndəfilov deyil. Fermanın daha iki çobanı – Seymur Zahidovla Cabir Nərimanov, eləcə də baytar həkimi Mirhüseyn Zayidov da təqsirləndirilən şəxs kimi hakim önünə çıxarılıb. Amma məhkəmənin hökmü ilə onlara şərti cəza verilib.

Həbs olunan çobanlar özlərini təqsirli bilmirlər. Deyirlər ki, fermer təsərrüfatına rəhbərlik edənlər özləri qoyunları satıb, günahı da onların üstünə atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG