Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 10:23

Ağ ev BMT-yə ayrılan vəsaiti kəsmək məsələsinə baxır


Ağ ev

Ağ ev Birləşmiş Ştatların BMT-yə ayırdığı maliyyənin böyük bir hissəsini kəsmək və bəzi böyük anlaşmalardan çıxmaq məsələsinə baxır. «The New York Times» qəzetinin yazdığına görə, çıxmağı planladığından ABŞ bəzi çoxtərəfli müqavilələrin ödənişini müvəqqəti dayandıracaq. Bu məsələlərlə bağlı layihələr artıq hazırlanıb.

Layihələrdən biri BMT agentliklərinin, eləcə də İran və Şimali Koreyaya sanksiyalara imkan verməyən, Fələstin muxtariyyətini tam üzvlük haqqıyla təmin edən, ya da «terrora dayaq olan dövlətlər» tərəfindən idarə edilən istənilən beynəlxalq təşkilatın maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutur.

Layihə həmçinin, ABŞ-ın bütün beynəlxalq təşkilatlara ayırdığı maliyyənin azı 40%-nin kəsilməsini, bu kəsilmələrin hansı təşkilatlara aid edilməsini müəyyənləşdirəcək komitənin yaradılmasını təklif edir.

İkinci layihə çoxtərəfli müqavilələrlə bağlıdır. «The Times»ın yazdığına görə, Ağ ev iqlim dəyişikliyiylə bağlı Paris anlaşması, uşaqların hüquqlarının müdafiəsi və qadınlara qarşı ayrı-seçkiliklə əlaqəli bəzi müqavilələrdən çıxmaq məsələsini müzakirəyə çıxarmaq niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG