Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:45

Atəşkəslə bağlı 24 yanvar açıqlaması


Qarabağda erməni əsgər.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 30 dəfə pozublar.

Məlumatda qeyd edilir ki Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Qaymaqlı, Qızılhacılı, Köhnəqışlaq, Berd rayonundan da Tovuz rayonunun Ağbulaq, Koxanəbi və Muncuqlu kəndləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Multimedia

XS
SM
MD
LG