Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:41

Həmməruzəçilər: 'Avropa Məhkəməsinin qərarlarının icrası vacibdir'


İlqar Məmmədov (arxiv fotosu)

“Azərbaycanda islahatlar prosesinə yeni impuls vermək, məhkəmə, media azadlığı, insan haqları və QHT-lərlə bağlı qanunvericilik sistemində hakimiyyətlə dialoqa təkan vermək son dərəcə vacibdir”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana səfərlərinin yekunu ilə bağlı yanvarın 19-u yayılan bəyanatında belə yazılır.

Həmməruzəçilərin Azərbaycana səfəri yanvarın 12-dən 14-ə kimi olub.

Buna da bax:​ Həmməruzəçilər prezidentlə görüşüblər

Həmməruzəçilər vurğulayır ki, Azərbaycan hökuməti və vətəndaşlarla vacib hesab etdikləri islahatların müəyyənləşdirilməsi ilə bağlı əməkdaşlıq etməyə hazırdırlar.

Bəyanatda qeyd edilir ki, səfər zamanı ölkədə insan haqlarına hörmət və siyasi məhbus sayılan şəxslərin vəziyyəti ilə bağlı rəsmilərlə müzakirələr aparılıb.

“Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının tam icrası vacibdir”, deyə həmməruzəçilər vurğulayır.

Onlar internet, sosial medianın inkişafı və mediada fikir azadlığının təmin olunması mövzularının da səfər zamanı müzakirə mövzularından olduğunu qeyd edirlər.

Buna da bax: Həmməruzəçilər müxalifətlə də görüşüb

Həmməruzəçilər eyni zamanda son vaxtlar bir neçə gənc bloqqerin həbsindən narahatlıqlarını ifadə ediblər.

Bəyanatda qeyd olunur ki, həmməruzəçilər səfər zamanı həbsxanada siyasi məhbus sayılan şəxslərdən İlqar Məmmədov, Seymur Həzi, İlkin RüstəmzadəSəid Dadaşbəyli ilə görüşüblər.

Həmməruzəçilər bloqqer Mehman Hüseynovun pis rəftara məruz qalması ilə bağlı narahatlıqlarını da qeyd ediblər.

“Biz israr edirik ki, hakimiyyət istintaqı şəffaf və səmərəli aparmalıdır”, bəyanatda bildirilir.

Buna da bax:​ 'Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar'

Həmməruzəçilər səfərlə bağlı məruzələrini Monitorinq Komitəsinin növbəti iclasında təqdim edəcəklər.

AŞPA həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-dən 14-ə kimi Azərbaycanda səfərdə olublar. Prezident İlham Əliyev, bəzi rəsmilər və müxalifətlə görüşən həmmərüzəçilərin səfərində Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilmə vəziyyəti dəyərləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG