Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 00:50

Həbsdəki köçkünlərin şikayətinə baxılacaq


Biləsuvarda aksiya. 22dek2016

Şirvan Apellyasiya Məhkəməsi sabah, yanvarın 19-da etiraz aksiyasına görə, həbsdə olan məcburi köçkünlərin şikayətlərinə baxacaq.

Bu haqda vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, məhbus məcburi köçkünlərin öz adlarından təqdim olunan şikayətlər icraata qəbul edilib.

Şikayətə saat 12:00-da baxılacaq.

Buna da bax:​ 'Sosial problemlərin həllini istəmək qanunsuz tələb sayılır?'

Bu məsələ ilə bağlı 1 həftədən artıqdır, apellyasiya şikayətinə baxış yubanır. Yanvarın 16-da Şirvan Apellyasiya Məhkəməsi şikayəti qeyri-mümkün hesab etmişdi. Məhkəmə öz qərarını vəkil Elçin Sadıqovun 4 məhbusun hüquqlarını müdafiə etməsi, bunun maraqlar ziddiyyəti yaratması ilə izah etmişdi. Baş Prokurorluq da bununla bağlı məhkəməyə məktub göndərmişdi.

Hazırda vəkil Elçin Sadıqov həbsdəki məcburi köçkünlərdən birinin hüquqlarını müdafiə edir.

Buna da bax: 'Polis dedi ki, 'sənin oğlun təkər yandırıb, polis döyüb''

XATIRLATMA

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı 3 nəfərin saxlandığı bildirilirdi. Məlumatda qeyd edilirdi ki, Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

Buna da bax: 'Məcburi köçkünlər iğtişaş yox, işıq istəyirdi'

Rəsmi məlumatda o da qeyd edilirdi ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb. Ancaq köçkünlər Azadlıq Radiosuna bildirmişdilər ki, polislərin xəsarət alması ilə bağlı məlumatlar şişirdilib. Üstəlik, onlardan da xəsarət alanlar var.

Sonradan daha 2 nəfər eyni ittihamla həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG