Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 19:34

Azərbaycanda qızıl hasilatı azalıb


Gədəbəydə qızıl yataqları.

2016-cı ildə Azərbaycanda qızıl hasilatının 9 faiz azaldığı bildirilir.

Bu haqda Azərbaycanın qızıl hasilatçısı, Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin məlumatında qeyd edilir.

Şirkətin məlumatında bildirilir ki, 2016-cı ildə “Gədəbəy” yatağından 65 394 unsiya qızıl hasil olunub. 2015-ci ildəki (72 032 unsiya) hasilatla müqayisədə azalma 9 faiz olub.

2016-cı ildə mis istehsalında isə artım olub.

Buna da bax:​ Gədəbəydə qızıl hasilatı azalıb

Şirkət bildirir ki, il boyunca 1 941 ton mis hasil edilib. Bu 2015-ci ildəkindən iki dəfə çoxdur.

Gümüş hasilatında da artım var. 2015-ci ildə 165 131 unsiya gümüş hasil edilmişdi. 2016-cı ildə bu göstərici 5,8 dəfə artıq olub.

Şirkət 2016-cı ilin 4-cü rübü üzrə statistik bilgiləri də ayrıca bölüşüb.

Həmin bilgilərdə qeyd edilir ki, 4-cü rübdə hasil olunan qızılın həcmi 15 483 unsiya təşkil edib. Həmin dövrdə yataqdan 578 ton mis və 50 216 unsiya gümüş hasil olunub.

Buna da bax: Prezident ailəsinin qızıl biznesində iflas - ziyanı vətəndaş ödəyir - [Araşdırma]

Dördüncü rübdə 12 995 unsiya qızıl külçəsi, hər unsiyaya görə orta hesabla 1 227 dollara satılıb. İl ərzində isə 53 366 unsiya qızıl külçəsi hər unsiyaya görə orta hesabla 1 253 dollara verilib.

Xatırlatma

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Buna da bax:​ Azərbaycanda yeni qızıl yatağı tapıldı

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49% təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

XS
SM
MD
LG