Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 12:20

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkəti «Gədəbəy» yatağında ilin I yarısında 33837 unsiya qızıl hasil edib.

«Report» bu xəbəri şirkətin rəsmi saytına istinadən yayıb.

Xəbərdə deyilir ki, ilin I yarısında yataqda qızıl hasilatı ötən ilin müvafiq dövründən 5.8 faiz az olub. Hesabat dövründə 969 ton mis, 90782 unsiya gümüş hasil olunub.

Xəbərə görə, şirkət bu ilin sonuna kimi 73-77 min unsiya arasında qızıl, 1700-2100 ton mis hasil etməyi planlaşdırır. Bu ilin II rübündə şirkət 15661 unsiya qızıl satışa çıxarıb ki, 1 unsiyanın dəyəri orta hesabla 1265 dollar olub. I rübdə isə 12058 unsiya qızıl orta hesabla 1184 dollar/unsiyaya satılıb.

Buna da bax: Qızıl hasılatçısı borc içindədir

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49% təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG