Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:10

-

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkətinin xalis borcu 40 milyon dollardan artıqdır.

Bu haqda şirkətin hesabatda bildirilir.

Sənədə görə, şirkətin əsas borcu Amsterdam Trade Bank-adır. Borcun məbləği 22.2 milyon dollardır.

"Anglo-Asian Mining" Beynəlxalq Banka da xeyli borclanıb - 8, 7 milyon dollar. Qızıl hasilatçısının Beynəlxalq Banka bundan əlavə 2,8 milyon dollar kredit xətti üzrə ödəməsi də qalır.

Şirkət bildirib ki, son kvartalda Beynəlxalq Banka olan borcun 9 faizə qədəri ödənilib.

Anglo-Asian Mining şirkətinin Azərbaycanda fəaliyyət göstərən digər banklara da xeyli kredit borcu var. YapıKredi Bank-a olan borc 1.4 milyon dollardır.

Qızıl hasilatçısının “Paşa Bank”a olan borcları 3,3 milyon dollar təşkil edir.

1997-ci ildə Azərbaycanın Azərqızıl Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. Investment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq, Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsində gəlir payının 51 faizi Azərbaycana düşür.

49 faiz payı olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti isə layihəyə rəhbərlik edir. Bu şirkət Londonda qeydiyyatdan keçən “Anglo-Asian Mining” şirkətinin tam subsidiyalı mülkiyyətidir.

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihə üçün zəruri olan bütün kapitalı təmin edir.

Buna da bax: Qızıl çıxaranlar pullarını istəyir

XS
SM
MD
LG