Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:06

Azərbaycan Qərblə dialoqdadırsa, yeni həbslər necə başa düşülməli…


Prezident İlham Əliyevin Münxendə ABŞ dövlət katibi Antoni Blinken ilə görüşü
Prezident İlham Əliyevin Münxendə ABŞ dövlət katibi Antoni Blinken ilə görüşü

Azərbaycanda saxlamalar, həbslər davam edir.

Dünən, aprelin 29-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli saxlanıb. Onun da qaçaqmalçılıqda şübhəli sayıldığı deyilir.

Son aylar Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittiham ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

"Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin - ən son isə Anar Məmmədlinin, - həbslərinin davam etməsi bizi çox narahat edir. Biz Azərbaycan hökumətini haqsız yerə həbs olunan bütün şəxsləri dərhal azad etməyə çağırırıq", - ABŞ səfirliyinin mətbuat katibi Vanessa Zenci "Amerikanın Səsi"nin sorğusuna cavab olaraq bildirib.

Jurnalistlərin həbsi məsələsi bugünlərdə Berlində Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı keçirən Azərbaycan prezidenti İlham Əliyevdən də soruşulub. Onun cavabı belə olmuşdu: "Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanıb, bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir və əgər qanunsuz xaricdən vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil".

Üstəlik, insan hüquqları mövzusu iki gün əvvəl ABŞ dövlət katibi ilə Azərbaycan prezidentinin telefon danışığında da müzakirə edilib. Azərbaycan prezidenti mətbuat xidmətinin məlumatında bildirilirdi ki, Əliyev "Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb".

Bəs onda yeni saxlanma ölkə daxilində necə yozulur?

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Sanki bunu sabotaj etmək istəyən yanaşmalar var"

Siyasi şərhçi Nəsimi Məmmədli suala iki aspektdən yanaşır: "Bəli, Qərblə müəyyən istiqamətlərdə danışıqlar gedir və bir sıra pozitiv mesajlar da var. Hazırda Azərbaycanın Avropa Şurasının işində yenidən iştirakı müzakirələri davam edir. Bildiyim qədəri ilə, rəsmi Bakı da prosesin müsbət nəticələnməsini istəyir".

Bu il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri təsdiqləməyib. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Azərbaycan isə, hələlik, tənqidləri qəbul etmir.

N.Məmmədli hesab edir ki, Qərbin özündə də pozitiv mesajlar var: "Amma ölkə daxilində insan hüquq və azadlıqları ilə bağlı məsələlər bir qədər fərqli qənaət yaradır. Bu ikisi bir-biri ilə dərin ziddiyyət təşkil edən məqamdır. Bir tərəfdən, məhbusların azad edilməsi, demokratik islahatlar istiqamətində addımların atılması çağırışı səslənir. Digər tərəfdən, bunun əksi müşahidə edilir. Sanki bunu sabotaj etmək istəyən yanaşmalar var".

İctimai fəallar Bakıya gəlib-gedən Avropa rəsmilərindən gileylənir
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

"Bu gedişat sanksiyalara qədər də gedə bilər"

Məmmədli indiki durumu daha çox geosiyasi vəziyyətlə izah edir. Onun fikrincə, hələ ki yeni dünya sistemində münasibətlər tam tənzimlənməyib: "Bir gün bir istiqamətdə pozitiv mesajlar verilir, sabahısı günü digər istiqamətdə sərt addımların atılmasını müşahidə edirik. Ona görə vəziyyət mürəkkəbdir. Əgər Azərbaycan insan hüquqları və azadlıqları ilə bağlı məsələlərdə inamlı addım atmasa, müəyyən islahatlara getməsə, o zaman Qərblə konfrontasiyanın daha da dərinləşəcəyi istisna olunmur. Hətta bu gedişat sanksiyalara qədər də gedə bilər".

Deputat: "Qərblə dialoq o anlama gəlmir…"

Milli Məclisin deputatı Ceyhun Məmmədov AzadlıqRadiosuna xatırladır ki, bu məsələ ilk dəfə deyil, zaman-zaman müzakirəyə çıxarılır və müxtəlif fikirlər irəli sürülür.

Deputatın sözlərinə görə, Qərblə dialoqun və ya islahatların aparılması o anlama gəlmir ki, dövlət ölkə daxilində hansısa addımları atmasın, yaxud təhlükəsizlik ilə bağlı qərarlar qəbul etməsin: "O mənada dünyanın istənilən ölkəsində dövlət öz təhlükəsizliyini təmin etmək, müəyyən məsələləri araşdırıb dəqiqləşdirmək üçün tədbirlər həyata keçirir".

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

Məmmədov deyir ki, əgər kiminsə fəaliyyətində cinayət əməli varsa, o, mütləq cəzalandırılacaq, yox, qanunazidd fəaliyyət olmadığı müəyyən edilərsə, araşdırmaya son qoyulacaq: "Son proseslərin təhlili göstərir ki, ayrı-ayrı yerlərdən maliyyə vəsaitinin alınması qeyri-qanuni olmaqla bərabər, ölkəyə gətirilməsi halları var. Ona görə bunlar araşdırılmalı və müvafiq qərarlar qəbul edilməlidir. Bu məsələləri bir-birinə qarışdırmaq olmaz".

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG