Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Azərbaycan-AB biznes forumu keçiriləcək


Azərbaycan-AB

«Bu ilin yazında növbəti Azərbaycan-Avropa Birliyi biznes forumu keçiriləcək».

APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, forumda AB ölkələrinin biznesindən ötrü imkanlar və çətinliklər müzakirə ediləcək.

«Forum Bakıda gerçəkləşəcək. Bu tədbirdə ötənilki forumda miqrasiya siyasəti, gömrük sahələrində diqqətə çatdırılan problemlərin həll olunduğunu görməyə ümid edirik. Çünki ötənilki forum ölkədə həyata keçirilmiş islahatlardan əvvəl baş vermişdi», - deyə səfir vurğulayıb.

Ötən il də Bakıda Azərbaycan-Avropa Birliyi biznes forumu keçirilmişdi.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Yaxın həftələrdə Azərbaycanla Avropa Birliyi arasında Çərçivə sazişinin imzalanması istiqamətində danışıqlar başlamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG