Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 15:32

Daha bir dərman zavodunun təməli qoyulacaq


Oqtay Şirəliyev

«Heç kimə sirr deyil ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Ancaq bir müddət öncə ölkə rəhbərinin təşəbbüsü ilə farmakoloji zavodun təməlqoyma mərasimi olub».

APA-nın xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, təxminən iki həftə sonra ölkədə daha bir dərman zavodunun təməli qoyulacaq.

Nazir qeyd edib ki, dərman preparatlarının ölkədə istehsal edilməsi çox vacibdir.

Ötən il noyabrın 2-də Pirallahı Sənaye Parkında dərman zavodunun inşasına başlanıb.

Azərbaycan-Rusiya birgə əczaçılıq zavodu 2020-ci ildə tam istehsalat gücünə çatmalıdır.

Pirallahı Sənaye Parkında zavodun təməlqoyma mərasimində iştirak edən iqtisadiyyat nazir Ş.Mustafayev layihənin mərhələlər şəklində davam edəcəyini bildirmişdi: «Bu ilin sonundan etibarən infrastruktur işləri, gələn ildən isə istehsalat sahələrinin tikintisi başlayacaq. Zavod tam istehsalat gücünə 2020-ci ildə çatacaq».

XS
SM
MD
LG